Oleq Krapivin Kiyevdə yaşayan azərbaycanlılara yardım edib - VİDEO

 

Oleq Krapivin Kiyevdə yaşayan azərbaycanlılara yardım edib. 

OLİMPSPORT xəbər verir ki, əməkdar bədən tərbiyəsi və idman xadimi, Ümumukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri, sərbəst güləş üzrə dünya çempionu Oleq Krapivin pandemiya (COVİD 19) dövründə Kiyevdə yaşayan ehtiyacı olan azərbaycanlılara ərzaq yardımı edib. Eyni zamanda Oleq Krapivin həmyerlilərimizə karantin qaydalarına riayət etməyi tövsiyə edərək onlara öz mesajını çatdırıb.

Qeyd edək ki, bu Oleq Krapivinin və rəhbəri olduğu təşkilatın ilk belə yardımı deyil. Daima öz xeyriyyəçiliyi ilə seçilən veteran idmançımız nəinki Ukraynada, ölkəmizdə də bir çox xeyriyyə işlərinə imza atıb. Onun 7 il davamlı olaraq doğma Şamaxıda öz şərəfinə keçirdiyi sərbəst güləş üzrə beynəlxalq turniri xüsusi ilə qeyd etmək olar.