Təxirə salınmış Tokio Olimpiya Oyunları sadələşdirilmiş proqram əsasında keçiriləcək

BOK və Tokio 2020 təşkilatçıları 2021-ci ildə "sadələşdirilmiş" Olimpiya Oyunlarına dair razılığa gəldilər

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasından OLİMPSPORT-a daxil olan məlumatda deyilir ki,  Beynəlxalq Olimpiya Komitəsi (BOK) və təxirə salınmış Tokio Oyunlarının təşkilatçıları, müvəffəqiyyətli bir tədbirin ardından müvəffəq  bir tədbir təşkil etmək məqsədi ilə "Oyunların mürəkkəbliyini asanlaşdırmaq və azaltmaq" barədə razılığa gəliblər. İndiki qlobal pandemiya ilə əlaqədar hər iki tərəfin razılığı ilə oyunların 200-dən çox sahəni sadələşdirilə biləcəyi müəyyən olunub.

IOC İdarə Heyətinin iclasında iştirak edən IOC prezidenti Tomas Bax bunu iyunun 10-da telekonferansda jurnalistlərə açıqlayıb.

Qeyd edək ki, dünyada baş verən mövcud pandemiya ilə bağlı  (COVID -19 ) 200-dən çox sahəni əhatə edən sadələşdirilmiş proqrama böyük ehtimalla olimpiadanın rəsmi açılış mərasiminin azarkeşlərsiz keçirilməsinin daxil olunması istisna deyil. Bundan əlavə yarışların da azarkeşsiz keçirilməsi ehtimal ola bilər.