"Barselona"İspaniya kral kubokunu qazandı

İspaniya Superkubokunun qalibi müəyyənləşib. Olimpsport.az saytının məlumatına görə, buna dünən gecə “Nou Kamp” stadionunda keçirilən oyunla aydınlıq gəlib.

 

La Liqanın son çempionu və İspaniya Kral Kubokunun qalibi “Barselona” cavab matçında “Sevilya”nı qəbul edib. İlk görüşdə səfərdə 2 cavabsız topla qələbə qazanan kataloniyalılar bu dəfə böyükhesablı qalibiyyətə seviniblər. Arda Turanın dublu və Lionel Messinin 1 qolu sayəsində “Sevilya”nı növbəti dəfə məğlub edən Luis Enrikenin yetirmələri mövsümə kubokla başlayıblar.

 

Bununla “Barselona” tarixində 28-ci dəfə İspaniya Kral Kubokunun qalibi olmaqla öz rekordunu yeniləyib.

 

İspaniya Kral Kuboku

Cavab görüşü

 

“Barselona” – “Sevilya” – 3:0

Qollar: Arda Turan, 10, 46; Messi, 55

İlk oyun – 2:0