Taekvondo Federasiyasının üzvləri də könüllü orduya yazıldı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə və bölmələrinə gələrək orduda könüllü xidmət etmək haqqında arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınmaqdadır.
OLİMPSPORT xəbər verir ki, vətəndaşlar arasında könüllü qeydiyyatdan keçənlər arasında idman ictimaiyyətinin tanınmış nümayəndələri də var. Həmin şəxslər Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və taekvondo üzrə yeniyetmələrdən ibarət milli komandanın böyük məşqçisi Sənan Həşimovdur.