Nazir Azad Rəhimov İƏT Gənclər paytaxtı Dəkkəni təbrik etdi
OLİMPSPORT Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gənclər və İdman Naziri Azad Rəhimov bildirib ki, bu proqramın tolerantlıq, gənclərin inkişafı, onların dünyada baş verən dinamik dəyişiklikləri izləyib, daha yaradıcı və intellektual olmaları üçün xüsusi yeri var.
Çıxışının davamında nazir Azad Rəhimov bildirdi: “Mən ilk növbədə Banqladeşin Dəkkə şəhərini gənclər paytaxtı seçilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bildirmək istəyirəm ki, Azərbaycan Hökuməti İslam Əməkdaşlığı Təşkilatı Gnclər Forumuna daim öz dəstəyini göstərib və göstərməkdə də davam edir. Əgər əsas mövzu gənclərin sağlam və parlaq gələcəyidirsə, demək ki, bu bizim üçün prioritet istiqamətdir. Diqqətinizə çatdırmaq istərdim ki, İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumunun əsası 2004-cü ildə Bakıda təşkil olunmuş Baş Assambleyanın iclası ilə qoyuldu. Bununla yanaşı, 2010-cu ildən başlayaraq ölkəmiz İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin iclasına də ev sahibliyi edir. 2019-cu ilin fevral ayından etibarən Bakının sədrliyi ilə keçirilən Gənclər və İdman nazirlərinin daimi iclası da dediklərimə əyani sübutdur.”
Çıxışının davamında nazir Azad Rəhimov İƏT Gənclər paytaxtı proqramının əhəmiyyətindən, onun gənclərin inkişafı istiqamətində həyata keçirəcəyi işlərdən və qarşıda gerçəkləşdirilməsi nəzərdə tutulan addımlardan danışıb.
Qeyd edək ki, iclasda Banqaldeşin baş naziri Şeyx Hasina, İslam Əməkdaşlığı Təşkilatının baş katibi Yusif bin Ahmad Al- Oteym, Banqladeşin Gənclər və İdman naziri Zahid Ahsan Russel, Banqladeşin Xarici İşlər naziri Abdul Momen, Qambiyanın Ədliyyə naziri Daşda A Jallov, İslam Əməkdaşlığı Gənclər Forumunun prezidenti Taha Ayhan və digər rəsmilər də iştirak edib.