"Qəbələ" "Maribor"a qarşı

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçiriləcək. Olimpsport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” də qrup mərhələsinə gedən yolda son maneəni dəf etmək üçün ilk qarşılaşmasına çıxacaq.

 

Çətin mübarizənin ilk “raund”unu evdə keçirəcək Roman Qriqorçukun yetirmələri ötənilki uğuru təkrarlamaq üçün səy göstərəcəklər. Ötən mövsüm dörd təsnifat mərhələsi adlayan əyalət klubu bu dəfə də eyni nəticəni sərgiləməyə iddialıdır. Artıq 3 mərhələni arxada qoymuş “qırmızı-qaralar” Sloveniyanın “Maribor” klubu ilə üz-üzə gələcək.

 

Təsnifat mərhələlərində evdə keçirdiyi hər 3 qarşılaşmada qələbə qazanan “Qəbələ” bu dəfə də çətin səfərdən öncə sərfəli nəticə əldə etməlidir. “Quru” hesablı qələbə səfər öncəsi Qriqorçuk və komandasını bir az rahatlaşdıra bilər.

 

İlk dəfə avrokubok matçını “Dalğa Arena”da keçirəcək əyalət klubu yeni məkanında qələbə ilə yadda qalmaq istəyir.

 

Avropa Liqası

Pley-off, ilk oyun

18 avqust

 

21:00. “Qəbələ” – “Maribor” (Sloveniya)
Bakı. “Dalğa Arena” stadionu
Baş hakim: Aleksey Kulbakov
Baş hakimin köməkçiləri: Vitali Malyutin, Oleq Maslyanko
Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan)