Yürgen Klopp karyerasını bitirəcəyi klubu açıqladı

“Liverpul”un baş məşqçisi Yürgen Klopp karyerasını bitirəcəyi klubu açıqlayıb. Olimpsport.az saytının Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə mütəxəssis özü açıqlama verib.

 

“Stern” nəşrinə danışan təcrübəli futbol adamı bildirib ki, o, uzun müddət düşündükdən sonra artıq qərarını verib: “Mən öz-özümə soruşdum ki, bundan sonra harda işləmək istəyirəm? Nə qazanmaq istəyirəm? Almaniyada başqa klub çalışdırmaq? Xeyr. İngiltərə, İspaniya, Rusiya, BƏƏ? Heç biri yox. Onda qərara gəldim ki, deməli mən ən düzgün yerdəyəm. Ona görə də narahatlığa əsas yoxdu. Karyeramı elə burda da bitirəcəm”.

 

Qeyd edək ki, ötən mövsüm “Liverpul”la anlaşan Kloppun ingilis klubu ilə 2022-ci ilə kimi müqaviləsi var.