Olimpiya mükafatçısı Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşür
Yunan-Roma güləşi üzrə Olimpiya ikincisi Mihran Arutunyan könüllü olaraq təxribatçı düşmən tərəfindən hazırda Azərbaycan ərazisi Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşür.
OLİMPSPORT xəbər verir ki, dünən onun daha bir təxribatçı rusiyalı jurnalist Semyon Peqov ilə birgə olan görüntüsü sosial şəbəkələrdə yayınlanıb. Onların bu görüntüsünün Şuşa şəhərində olduğu ehtimal olunur.