Federasiya prezidenti koronavirusa yoluxub
Türkiyə Güləş Federasiyasının prezidenti Musa Aydın koronavirusa yoluxub.
OLİMPSPORT xəbər verir ki, onun Covid-19 testindən verdiyi analizin cavabı pozitiv çıxıb.
Türkiyə güləşinin inkişafında böyük əməyi olan Musa Aydına Allahdan şəfa diləyirik.