TPL: "Qarabağ" ÇEMPİON!

Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün qalibi müəyyənləşib.

Olimpsport.az saytının məlumatına görə, sona 4 tur qalmış “Qarabağ” çempionluğu təmin edib. Bu, Ağdam klubunun ardıcıl üçüncü, ümumilikdə isə dördüncü çempionluğudur.

Hazırda Qurban Qurbanovun komandasının aktivində 75 xal var. İkinci pillədə qərarlaşan “Zirə” isə 60 xala malikdir.

Qeyd edək ki, Ağdam klubu ilk dəfə 1993-cü ildə Azərbaycan çempionu adını qazanıb.