OLİMPSPORT xəbər verir ki, iclasda yığma komandaların baş məşqçiləri iştirak edib. Görüşdə əvvəlcə dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunun nəticələri müzakirə olunub və baş məşqçilərin hesabatı dinlənilib. Daha sonra 2021-ci ilin təqvim planında yer alan təlim-məşq toplanışları, yarışlar, o cümlədən Avropa və Dünya Olimpiya Təsnifat turnirlərinə hazırlıq prosesləri geniş müzakirə olunub. Təqvim planı ilə bağlı təkliflərini səsləndirən və tapşırıqlarını verən AGF-nin prezident əvəzi Namiq Əliyev lisenziya yarışlarına maksimum səviyyədə hazırlıq üçün bütün zəruri tədbirlərin görüləcəyini və lazım olan şəraitin yaradılacağını bildirib.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024