İspaniyanın “Barselona” klubunda koronavirus pandemiyası səbəbindən təxirə salınmış prezident seçkilərinin yeni tarixi açıqlanıb.
OLİMPSPORT xəbər verir ki, seçkilər martın 7-nə təyin olunub. Seçicilər namizədlərə poçt vasitəsilə səs verəcəklər. Hazırda bu vəzifə üçün 3 nəfərin namizədliyi təsdiqlənib. Bunlar Joan Laporta, Viktor Font və Toni Freyşadır. Daha əvvəl Emili Russo şəxsi səbəblərdən namizədliyini geri götürüb.
Qeyd edək ki, Laporta 2003-2010-cu illərdə də “Barselona”nın prezidenti olub. La Liqa təmsilçisində son olaraq bu vəzifəni Jozep Maria Bartomeu yerinə yetirib. O, ötən ilin oktyabrında istefa verib.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024