"Qarabağ" komandası tanınmış jurnalisti yeni vəzifəyə təyin edib
“Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat gerçəkləşib.
OLİMPSPORT klubun rəsmi məlumatına istinadən xəbər verir ki, uzun müddətdir boş qalmış vəzifə tanınmış jurnalist Gündüz Abbaszadəyə həvalə olunub.
Xatırladaq ki, təcrübəli mütəxəssis vaxtilə "Neftçi" klubunda da bu vəzifənin sahibi olub.