Əmrah Çəlikəl: “Məqsədimiz kuboku da qazanmaqdır”

“Çempion olduğumuz üçün çox şadıq. Çalışacağıq ki, bu il də Azərbaycanı Avropada layiqli şəkildə təmsil edək”.

Bu sözləri Olimpsport.az saytına açıqlamasında  “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.

Ağdam klubu Premyer Liqanın 32-ci turunda “Zirə”ni 2:0 hesabı ilə məğlub etməklə ardıcıl üçüncü çempionluğunu rəsmiləşdirib.

Əmrah Çəlikəl futbolçuları mükafatlandıracaqlarını qeyd edib: “Klub prezidenti Tahir Gözəl ölkə xaricində olduğu üçün bu gün stadionda deyildi. Amma qarşılaşmaya baxırdı. Komandanı, azarkeşləri çempionluq münasibəti ilə təbrik etdi. Rəhbərlik futbolçuları hər zaman olduğu kii, yenə də ən yaxşı şəkildə mükafatıandıracaq. Məqsədimiz kuboku da qazanaraq, “qızıl dubl” etməkdir”.

Əmrah Çəlikəl yeni transferlərin olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Hələ çempionat başa çatmayıb. Çempionat bitdikdən sonra bununla bağlı çalışmalarımıza başlayacağıq”.