Türkiyə Superliqası: "Fənərbaxça" səfərdə qələbə qazanıb
OLİMPSPORT xəbər verir ki, ikinci oyun günündə üç matç keçirilib.
“Kayserispor” öz meydanında “Ankaragücü” ilə qolsuz bərabərə qalıb. Digər görüşdə “Trabzonspor” evdə “Qaziantep”a 1:0 hesabı ilə qalib gəlib.
“Fənərbaxça” isə “Fatih Karagümrük”ün qonağı olub. İstanbul təmsilçisi 2:1 hesabı ilə qalib gələrək vahid lider olub.
Qeyd edək ki, "Fənərbaxça" hazırda 51 xalla 1-ci, "Qalatasaray" 48 xalla (23 oyun) 2-ci, "Beşiktaş" eyni xalla (23 oyun) 3-cü, "Trabzonspor" 45 xalla 4-cüdür.
13 fevral
“Kayserispor” – “Ankaragücü” – 0:0
“Trabzonspor” – “Qaziantep” – 1:0
Qol:Bakasetas, 67
“Fatih Karagümrük” – “Fənərbaxça” – 1:2
Qollar: Borini, 67 - Tiam, 19, Valensiya, 53