"Neftçi"-"Qalatasaray" matçında biabırçılıq! Jurnalistlərin yerində oturan "Qalatasaray" azarkeşləri kim olub?
Kamran Hacı: "Görüşdə media tribunasında mənzərə daha dəhşətliydi. Sanki kolxoz bazarındaydın. Küçədən keçib gəlib oyunda oturan kim, azarkeş kim, «Qalatasaray»ın köynəyini geyinib, şərfini boynuna dolayan qeyri-jurnalist kim. UEFA-nın karantindən dolayı qaydalarında adı çəkilən halların hamısı yasaqdır. AİJF idarə heyətində bunu xəbərçilik və təşkilata qarşı yozmasınlar. Bütün rüsvayçılığı qarşı tərəfdə, AİJA-da yer alan Olimpsport.az-ın baş redaktoru Ramin Allahverdiyev də gördü və yaşadı. Elə digər həmkarlar da. Niyə tək onu qeyd etdim? Çünki boş yer olmadığından, başqa sözlə, yerlərimiz kənar şəxslər tərəfindən tutulduğundan, matçı sonadək ayaq üstə seyr etmək məcburiyyətində qalmışdıq. Hər klub «Qarabağ» deyil ki, yerin öncədən müəyyənləşə və orada səndən başqa digərinin, hətta həmkarının belə əyləşməsinə icazə verilməsin. Oyuna gəldin, geçikdin və ya gəlmədin, müraciətin qeydə alınıbsa, o yer yalnız sənindir. Əslində isə, ən doğru olan, AİJF-in öz üzvünün hüqüqunun qorumasıydı. Bəyanat verərək, «Neftçi»yə etiraz məktubu göndərilməli, PFL, AFFA və UEFA məlumatlandırılmalıydı. Adı son çəkilən qurum klubu cərimələyəndə, onda federasiyanın növbəti dəfə həm sözü keçərdi, həm də nüfuzu artardı. Təbii, bundan sonra futbolda baş verən nöqsan, haqsızlıq və qanun pozuntusu ilə qarşılaşdıqda, AİJF-ə müraciət etməyəcəyəm. Bilirəm ki, onsuz da keçməyəcək. Çünki klubların və AFFA-nın maraqlarını güdən, onlarla tərəfdaşlıq edənlər var".