İspaniya La Liqası: "Barselona" xal itirib
Fevralın 21-də İspaniya La Liqasının 24-cü turun növbəti oyunu keçirilib.
OLİMPSPORT xəbər verir ki, “Barselona” öz meydanında “Kadiz” klubunu qəbul edib. “Nou Kamp” stadionunda baş tutan görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Oyunda hesabı meydan sahibləri 32-ci dəqiqədə açıb. Hakimin təyin etdiyi penaltini Lionel Messi dəqiq yerinə yetirib. Birinci hissə Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Fasilədən sonra üstünlüyünü davam etdirən “Barselona” rəqibin qapısı qarşında bir necə dəfə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq “Kadiz” əsas vaxtın başa çatmasına bir dəqiqə qalmış hesabı bərabərləşdirməyə nail olub. Bu dəfədə hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Aleiş Fernandes fürsəti əldən verməyib. Bu nəticədən sonra xal ehtiyatını 47-ə çatdıran “Barselona” turnir cədvəlində üçüncü yerdə, “Kadiz” isə 25 xalla 14-cü yerdə qərarlaşıb.