Martın 10-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı müəyyənləşib. OLİMPSPORT xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park” stadionunda “Borusiya” ilə “Sevilya” klubları qarşılaşıb. Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Dortmund təmsilçisinin heyətində hər iki qolu Erlinq Haaland ( 35 və 44-cü dəqiqələr) vurub. “Sevilya”dan isə En-Nesyri (69, 90) fərqlənib.
Beləliklə, ilk görüşdə 3:2 hesabı ilə qalib gələn “Borussiya” iki oyunun nəticəsinə əsasən dörddəbir finala vəsiqə qazanıb.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024