Türkiyə Superliqası: “Fənərbağça” öz meydanında "Gənclərbirliyi"nə məğlub olub
Martın 14-də futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində keçirilən qarşılaşmada “Gənclərbirliyi” səfərdə “Fənərbağça”nın qonağı olub. OLİMPSPORT xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 35-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Filip Novak açıb. Lakin cəmi beş dəqiqə sonra Sərdar Əziz topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib. Matçın 63-cü dəqiqəsində isə qonaqların hücumçusu Floyd Ayite "Gənclərbirliyi"nin qələbə topunu vurub.
Günün digər matçlarında “Qaziantep” doğma meydanda “Dənizlispor”u 2:0 hesabı ilə udub. "Ankaragücü"də doğma divarlar arasında "Göztəpə"nin qapısından üç cavabsız top keçirib. "Ərzurumspor" - "Trabzonspor" görüşündə isə qapılar toxunulmaz qalıb - 0:0. Tura “Kasımpaşa” - “Konyaspor” qarşılaşması ilə yekun vurulacaq.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 63 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 58 xala malik “Fənərbağça” qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXX turda “Yeni Malatyaspor” istirahət edib.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024