Kroosun 100-cü matçı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan “Atalanta” ilə oyun “Real”ın yarımmüdafiəçisi Toni Kroos üçün xüsusi olub.
OLİMPSPORT xəbər verir ki, o, komandasının görüşdə meydana çıxmaqla ÇL-də 100-cü matçını keçirib. 31 yaşlı yarımmüdafiəçi bununla qitənin ən nüfuzlu klub turnirində 100 və daha çox oyun keçirən 4-cü alman futbolçu olub.
UEFA Çempionlar Liqasında ən çox oyun keçirən alman futbolçu Manuel Noyerdir. “Bavariya”da çıxış edən qapıçı turnirdə 117 ÇL matçına çıxıb.