UEFA-dan azarkeşlər üçün sevindirici xəbər
Bu mövsüm Çempionlar Liqasının final oyununa azarkeşlər buraxılacaq.
OLİMPSPORT xəbər verir ki, Avropada peyvəndləmə prosesinin sürətlənməsini nəzərə alan qitə futbol qurumu həlledici matça məhdud sayda tamaşaçının buraxılacağına ümid edir.
UEFA turnirin bəzi 1/8 final görüşlərinin neytral meydanlara salınmasına baxmayaraq, növbəti mərhələlərdə ənənəvi formatda təşkil olunacağına inanır.
Qurum daha əvvəl AVRO-2020-nin azarkeşlərlə keçiriləcəyini açıqlayıb.
Final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək.