"Liverpul"da ayın futbolçusu
"Liverpul" Məhəmməd Salahı ayın futbolçusu seçib.
OLİMPSPORT xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumçu Kertis Cons və Trent Aleksandr-Arnoldu geridə qoyub. Misirli oyunçu bu mükafatı ardıcıl 3-cü dəfə alıb. O, dekabr və yanvar aylarında da ən yaxşı futbolçu seçilib.
Salah bu mövsüm 28 matça çıxaraq, 17 qol vurub və 3 qolun ötürməsini verib.