Zlatandan növbəti rekord
İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb.
OLİMPSPORT "Gracenote"yə istinadən xəbər verir ki, o, buna DÇ-2022-nin seçmə mərhələsinin 1-ci turunda hazırda davam edən Gürcüstanla matçda start heyətdə meydana çıxaraq nail olub.
39 yaş 173 günündə bu görüşdə iştirak edən Zlatan İsveç millisində oynayan ən yaşlı oyunçu rekordunu qırıb. O, 1997-ci ildə İsveçdə 38 il 1 ay oynayan qapıçı Tomas Ravellinin rekordunu yeniləyib.
Qeyd edək ki, İbrahimoviç 5 ildən sonra milliyə qayıdıb.