Fatih Terim və köməkçisinə cəza

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim və köməkçisi Ümit Davala cəzalandırılıb.

Qol.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib. Hər iki mütəxəssis 2 oyunluq diskvalifikasiya olunub və 13 000 türk lirəsi (2 775 manat) məbləğində cərimələnib.

Onlar Superliqada 31-ci turun "Rizespor"a 3:4 hesablı ev məğlubiyyəti ilə bitən oyunundan sonra hədə-qorxu gəlməkdə ittiham olunublar. Terim və Davala "Hatayspor" və "Fatih Karagümrük"lə növbəti oyunlarda paltardəyişmə otağı və ehtiyat oyunçular skamyasında yer ala bilməyəcək.