Braziliyada klublara qadağa

Braziliya Futbol Federasiyası A Seriyasında klub çalışdıran baş məşqçilərlə bağlı yeni qərar qəbul edib.
 
OLİMPSPORT xəbər verir ki, yeni mövsümdən etibarən A Seriyası klubları bir mövsümdə iki dəfə baş məşqçisini dəyişə bilər.
 
Bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bundan başqa, bir məşqçi də eyni mövsüm ərzində cəmi iki komandada çalışa bilər.
 
Baş məşqçi limitini keçən klublar isə mövsümü müvəqqəti məşqçi ilə tamamlamalıdır. Komandaya müvəqqəti rəhbərlik edəcək məşqçi isə klubda azı 6 ay işləmiş biri olmalıdır.
 
Braziliya A Seriyasında yeni mövsüm avqust ayında başlayacaq.