Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu üçüncü yeri tutub. OLİMPSPORT xəbər verir ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov üçüncü yer uğrunda görüşdə rusiyalı Konstantin Simeonidis ilə qarşılaşmalı idi. Rəqib zədə səbəbindən qarşılaşmadan imtina etdiyinə görə, cüdoçumuz qalib elan edilib. Martın 28-dək davam edəcək turnirdə Azərbaycan ümumilikdə 11 cüdoçu ilə təmsil olunur.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024