OLİMPSPORT xəbər verir ki, beşqat dünya çempionu İtaliya millisi səfərdə Bolqarıstan seçməsinin qonağı olub. Görüş italyanlıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Squadro azzurro"nun heyətində Andre Belotti və Manuel Lokatteli fərqləniblər. Bu qələbə sayəsində İtaliya millisi C qrupunda 6 xalla liderdir. Bolqarıstan isə sıfır xalla sonuncu - beşinci yerdə qərarlaşıb.
B qrupunda Gürcüstan və İspaniya milliləri arasındakı qarşılaşmada qonaqlar uzatma dəqiqələrində qələbə qazanıb - 2:1. Meydan sahiblərinin qolunu Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya vurub.
F qrupunda azərbaycanlı referi Əliyar Ağayevin idarə etdiyi görüşdə Danimarka yığması Moldovanı darmadağın edib - 8:0. Bu, "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin hazırda rəhbərlik etdiyi və "Keşlə"dən çağırılmış qapıçı Stanislav Namaşkonun çıxış etdiyi yığmanın ən ağır məğlubiyyəti olub.
I qrupunda İngiltərə səfərdə Albaniyaya, J qrupunda isə Ermənistan öz meydanında İslandiyaya eyni hesabla qalib gəlib - 2:0.
Turun ikinci oyun gününün açılış qarşılaşmasında Qazaxıstan yığması Fransanı qəbul edib. Görüş son dünya çempionlarının qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 19-cu dəqiqədə Usman Dembele açıb. 44-cü dəqiqədə isə Sergey Malıy avtoqol müəllifi olub. Qonaq komandanın böyük hesabla qalib gəlmək imkanını isə 75-ci dəqiqədə Kilian Mbappe qaçırıb. Onun penalti zərbəsini meydan sahiblərinin qapıçısı Aleksandr Mokin dəf edib. Bu qələbədən sonra Fransa 4 xalla D qrupunda vahid liderliyi ələ alıb. İlk oyunundan məğlub ayrılan Qazaxıstan isə qrupda sonuncudur.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024