Cüdoçumuz “Böyük dəbilqə” turnirinin bürünc medalını qazanıb
Antalyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində cüdoçumuz bürünc medal qazanıb. OLİMPSPORT xəbər verir ki, kişilər arasında keçirilən yarışın dörddəbir finalında Nicat Şıxəlizadə (66 kiloqram) bürünc medal uğrunda Kilian Le Bluya qalib gələrək üçüncü yeri tutub.
Digər təmsilçimiz, onunla eyni çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov isə üçüncü yer uğrunda mübarizədə rusiyalı Murad Çopanova uduzaraq medalsız qalıb. 93 ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur.
Yarış aprelin 3-dək davam edəcək.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024