“Real”da Peres növbəti dəfə prezidentliyə namizəd oldu

İspaniyanın “Real” klubunun hazırkı prezidenti Florentino Peres növbəti dəfə bu vəzifəyə seçilə bilər.
 
OLİMPSPORT xəbər verir ki, Peres növbəti seçkilərdə yenidən bu vəzifəyə namizəd olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 74 yaşlı funksionerin namizədliyi qeydə alınıb.
 
Peres hazırda prezident vəzifəsi üçün yeganə namizəddir. Aprelin 12-dək başqa namizəd olmasa, Peresin prezidentlik dövrü avtomatik olaraq, 2025-ci ilə qədər uzadılacaq.
 
“Real”da prezident seçkilərinin vaxtı hələ açıqlanmayıb. Peres 2009-cu ildən “Real”ın prezidentidir.