Məsut Özildən Benzema paylaşımı
“Fənərbaxça”nın futbolçusu Məsut Özil keçmiş komanda yoldaşı, “Real”ın futbolçusu Kərim Benzemanı tərifləyib.
32 yaşlı yarımmüdafiəçi ötən gün keçirilən “Real” – “Barselona” matçından (2:1) sonra Tvitter hesabında paylaşım edib. O, görüşdə fərqlənməyi bacaran Benzemanı La Liqada çıxış edənlər arasında ən yaxşı adlandırıb:
“La Liqanın ən yaxşı oyunçusu yenə özünü göstərdi. Mənim oğlum, Benzi”.
Qeyd edək ki, Özil 2010-13-cü illərdə Madrid təmsilçisində oynayıb. Benzema isə 2009-cu ildən bu komandada çıxış edir.