"Paolo Mark"ın dəstəyi ilə onlayn bilik yarışması keçirildi
Xəbər verdiyimiz kimi "Paolo Mark" dəbli geyim mağazası Olimpsport saytı ilə əməkdaşlığa start verib.
Belə ki, bu əməkdaşlıq sayəsində aprelin 10-da yeniyetmələr arasında onlayn bilik yarışması da keçirilib. Yarış "Vətən müharibəsi", idman, xarici dil və məktəb dərslərinə uyğun mövzuları əhatə etməklə viktorina formatında olub.
Xatırladaq ki, yarışmada fəallıq göstərən iştirakçılar "Paolo Mark" mağazası tərəfindən qiymətli geyimlərlə mükafatlandırılıblar.