PSJ və "Çelsi" yarımfinalda
Çempionlar Liqasında iki yarımfinalçı müəyyənləşib.
İlk oyunda səfərdə 2:0 hesablı qələbə qazanan "Çelsi" "Portu" ilə bu dəfə evdə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətə baxmayaraq, London klubu yarımfinala yüksəlib.
PSJ isə 1 həftə əvvəl 3:2 hesabı ilə məğlub etdiyi "Bavariya"nı doğma meydanda qəbul edib. 0:1 hesabı ilə uduzan Paris təmsilçisi iki görüşün nəticəsinə əsasən, növbəti mərhələyə adını yazdırıb.
Çempionlar Liqası, cavab oyunları
13 aprel
23:00. "Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1
Qol: Taremi, 90+4
İlk oyun - 2:0
23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1
Qol: Şupo-Motinq, 40
İlk oyun - 3:2
14 aprel (çərşənbə)
23:00. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya)
ilk oyun - 1:3
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə)
İlk oyun - 1:2