ÇL-də son yarımfinalçılar müəyyənləşir
Bu gün Çempionlar Liqasında son 2 yarımfinalçı müəyyənləşəcək.
1/4 finalın ilk oyununda "Liverpul"a Madriddə 3:1 hesabı ilə qalib gələn "Real" bu dəfə "mersisaylılar"la səfərdə qarşılaşacaq.
1 həftə öncə "Mançester Siti"yə İngiltərədə 1:2 hesabı ilə uduzan "Borussiya" isə adını yarımfinala yazdırmaq üçün son şanslarını Dortmundda istifadə edəcək.
Qeyd edək ki, ötən gecə PSJ və "Çelsi" növbəti mərhələyə adlayıb.
UEFA Çempionlar Liqası, 1/4 final, cavab oyunları
14 aprel
23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə)
İlk oyun - 1:2
23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya)
İlk oyun - 1:3
13 aprel
"Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1
İlk oyun - 2:0
PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1
İlk oyun - 3:2