Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşdi
Bu gün Çempionlar Liqasında son iki yarımfinalçı da müəyyənləşib.
1/4 finalın ilk oyununda "Liverpul"a Madriddə 3:1 hesabı ilə qalib gələn "Real" bu dəfə "mersisaylılar"la səfərdə qarşılaşıb. Oyunda qol olmayıb və "Real" yarımfinala yüksəlib.
"Mançester Siti"yə İngiltərədə 1:2 hesabı ilə uduzan "Borussiya" isə adını yarımfinala yazdırmaq üçün son şanslarını Dortmundda istifadə edib. Ancaq bu dəfə də "şəhərlilər" eyni hesabla qalib gələrək yarımfinala vəsiqə əldə edib.
Qeyd edək ki, ötən gecə PSJ və "Çelsi" növbəti mərhələyə adlayıb.
UEFA Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
14 aprel
23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar: Bellinqhem, 15 (1:0), Mahrez, 55 (1:1), Foden, 75 (1:2)
İlk oyun - 1:2
23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:0
İlk oyun - 1:3
13 aprel
"Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1
İlk oyun - 2:0
PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1
İlk oyun - 3:2
"Mançester Siti" yarımfinalda PSJ, "Real" isə "Çelsi" ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 27-28 apreldə, cavab qarşılaşmaları 4-5 mayda olacaq.