Məsut Özil Avropa Superliqasına qarşı çıxdı
“Fənərbaxça”nın futbolçusu Məsut Özil Avropa Superliqasının yaradılmasına münasibət bildirib.
Bu barədə 32 yaşlı yarımmüdafiəçi öz Tvitter hesabında paylaşım edib. O, yazıb:
“Uşaqlar dünya kubokunu və Çempionlar Liqasını qazanmağı xəyal edərək böyüyürlər, Avropa Superliqasını yox. Böyük oyunların ləzzəti ondadır ki, hər həftə deyil, ildə 1-2 dəfə olur. Bunun bütün futbol azarkeşləri tərəfindən başa düşülməsi həqiqətən çətindir...”
Qeyd edək ki, 12 nəhəng klub - "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" rəsmi şəkildə Avropa Superliqasında iştirak edəcəklərini bəyan ediblər.