Türkiyəli futbol hakimi Tokio olimpiadasına təyinat ald

FIFA Tokio-2020 Yay Olimpiya Oyunlarında futbol matçlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Kişilər və qadınlar arasında keçiriləcək qarşılaşmalara ümumilikdə 99 ədalət təmsilçisi təyinat alıb.

Onların 25-i əsas referi, 50-si köməkçi, 20-si video-köməkçi (VAR), qalanları isə ehtiyat hakimlərdir.

Qitə futbol qurumu VAR hakimləri arasında türkiyəli Abdulkadir Bitigenə də etimad göstərib. Həmçinin siyahıda Avropadan qadın FIFA referiləri - fransalı Stefani Frappar və rusiyalı Yekaterina Kuroçkina da var.

İki gün öncə Tokio olimpiadasında futbol yarışlarının püşkü atılıb.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.