"Milan" baş məşqçisini istefaya göndərə bilər
"Milan" baş məşqçisi Stefano Piolini bu mövsümün sonu istefaya göndərə bilər.
"Calciomercato"ya istinadən xəbər verir ki, bu, komanda Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə, baş verəcək. "Milan" 2021 mövsümünə yaxşı başlasa da, 2021-ci ildə komandanın nəticələri pisləşib. Klub 33 turdan sonra 5-ci yerə düşüb.
Bildirilib ki, Pioli istefaya göndərilsə, yeni baş məşqçi vəzifəsinə namizədlər arasında İvan Yuriç ("Verona") və hazırda işsiz olan Massimiliano Alleqri olacaq.
Qeyd edək ki, "Milan" "Napoli" və "Yuventus"la eyni xala (66) sahib olsa da, əlavə göstəricilərə görə bu klublardan geri qalır.
Xatırladaq ki, Piolinin "Milan"la müqaviləsi 2022-ci ilin yayı başa çatır.