ÇL-də ilk finalçı müəyyənləşir - Yenilənir
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək.
"Mançester Siti" doğma meydanda PSJ-ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tərəflər arasında ilk matç "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Sabah isə "Real" "Çelsi"nin qonağı olacaq (ilk oyun 1:1).
Çempionlar Liqası, yarımfinal mərhələsinin cavab oyunları
4 may
23:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa)
5 may
23:00. "Çelsi" (İngiltərə) - "Real" (İspaniya)