Avroliqada 9 min 500 azarkeş
Avropa Liqasının 2020/21 mövsümünün finalına bilet satışı başlanır.
Bu barədə Avropa Futbol Assosiasiyaları Birliyi məlumat yayıb. Mayın 26-sı Qdanskda baş tutacaq qarşılaşmada stadion tutumunun 25 faizi nisbətində, yəni, 9.500 azarkeş iştirak edəcək. Həlledici mərhələyə vəsiqə qazanan klublar hərəsi 2.000 nəfərlik bilet alacaq. Digər 4.500 biletin satışı isə UEFA-nın saytında təşkil ediləcəkdir.
Qeyd edək ki, bu həftə Avropa Liqasında yarımfinalın cavab görüşləri keçiriləcək. "Arsenal" "Vilyarreal"ı qəbul edəcək (ilk oyun 1:2). "Roma" isə "Mançester Yunayted"in qonağı olacaq (ilk oyun 2:6).