Çempionlar Liqasının finalında ingilis dueli - Yenilənib
Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Yarımfinalın cavab görüşündə "Çelsi" doğma meydanda "Real"ı qəbul edib.
Komandalar arasında Madriddə keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi. Bu matç isə London klubunun inamlı qələbəsi ilə başa çatıb - 2:0. Bununla da Tomas Tuhelin çalışdırdığı "Çelsi" finala yüksəlib.
Ötən gün isə İngiltərənin daha bir təmsilçisi "Mançester Siti" PSJ səddini keçərək finala vəsiqə qazanıb. İngilis finalı mayın 29-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda olacaq.
5 may
Çempionlar Liqası, yarımfinalın cavab oyunu
23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:0
Qol: Verner, 28, Mount, 85
İlk oyun - 1:1
4 may
"Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 2:0
ilk oyun (2:1)