Neymarla yeni müqavilə imzalandı - Rəsmi

PSJ futbolçusu Neymarla yeni müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu ilə sözləşmə 2025-ci ilədək uzadılıb. Braziliyalı oyunçu Paris klubunda vergiləri çıxmaq və bonusları hesablanmaqla illik 30 milyon avro qazanacaq.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə "Barselona"dan keçib. Onun yayda bu kluba qayıdacağı haqda xəbərlər var idi.