"Qalatasaray"ın hücumçusu üçün mövsüm bitdi
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmmədin durumuna aydınlıq gəlib.
Superliqanın XXXX turunun "Beşiktaş"la matçında (3:1) zədələnən misirli hücumçu üçün mövsüm vaxtından əvvəl başa çatıb.
Ayaq biləyində problem aşkarlanan 24 yaşlı forvard son iki turun oyunlarında meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Mustafa Məhəmməd bu mövsüm 14 oyunda 6 qol vurub.