Özildən Fələstinə dəstək - Şəkil

"Fənərbaxça"nın futbolçusu Məsut Özil Fələstinə dəstək olub.

32 yaşlı yarımmüdafiəçi və digər komanda yoldaşları Superliqanın 41-ci turunda "Sivasspor"la matçdan (1:2) əvvəl məşqə xüsusi geyim ilə çıxıblar.

Futbolçuların köynəyinin üzərində "Özgür Fələstin (Azad Fələstin)" sözləri yazılıb. Həmçinin geyimin üzərində Fələstin və Türkiyə bayraqları da yer alıb.

Qeyd edək ki, bir neçə gündür ki, Fələstin və İsrail arasında qarşıdurma gedir. Bunun nəticəsində çox sayda insan həyatını itirib və yaralanıb.