“Mançester Siti” uduzdu, “Çelsi” qalib gəldi
Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci tura start verilib.
İlk oyun günündə dörd qarşılaşma baş tutub.
“Mançester Yunayted” doğma meydanda “Fulhem”i qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib.
Çempion “Mançester Siti”nin bu turdakı rəqibi “Brayton” olub. Beş qolun qeydə alındığı oyun “şəhərlilər”in məğlubiyyəti ilə başa çatıb.
Turnir cədvəlinin 3-cü pilləsində yer alan “Çelsi” doğma meydanda “Lester Siti” ilə qarşılaşıb. Komandalar bir neçə gün əvvəl İngiltərə Federasiya kubokunun finalında üz-üzə gəlmişdilər və “Lester Siti” minimal hesabla qələbə qazanmışdı – 1:0. Bu oyunda isə London təmsilçisi doğma meydanda çətin qələbəyə sevinib.
İngiltərə Premyer Liqası
37-ci tur
18 may
Mançester Yunayted – Fulhem 1:1
Qol: Kavani, 15 – Brayan, 76.
Sauthempton – Lids 0:2
Qol: Bamford, 73. Roberts, 90+5.
Brayton – Mançester Siti 3:2
Qol: Trossard, 50. Uebster, 72. Bern, 76 – İ.Gündoğan, 2. Foden, 48.
Çelsi – Lester Siti 2:1
Qol: Rudiger, 47. Jorjinyo, 66-pen – İheanaço, 76.
19 may
21:00 Everton – Vulverhempton
21:00 Nyukasl – Şeffild Yunayted
21:00 Tottenhem – Aston Villa
22:00 Kristal Pelas – Arsenal
23:15 Vest Bromviç – Vest Hem
23:15 Bernli – Liverpul