İdman zalları açıldı, maska qadağası ləğv olundu

İyunun 10-dan idman zalları da açılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində məlumat verilib

İdman və sağlamlıq mərkəzlərindən ancaq COVİD-19 pasportu olanlar (vaksinasiyadan keçənlər) və ya immunitet sənədi olanlar olanlar istifadə edə biləcək.

Bundan başqa, qərarlara əsasən, Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur, iyunun 10-dan ibadət yerləri açılır.

Mayın 31-dən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunur.Bundan başqa, həmin tarixdən regionlara da nəqliyyatın fəaliyyəti bərpa ediləcək.

İyunun 10-dan etibarən ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzlərinin də fəaliyyətini bərpa ediləcək.