ADBTİA “İdman jurnalistikası” magistr proqramının məzunlarına diplomlar təqdim edilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Youth lab” layihəsinin və “İdman jurnalistikası” magistr proqramının məzunlarına diplomların təqdim edilməsi mərasimi keçirilib.
Qeyd edək ki, “Youth Lab” Azərbaycan Respublikasının Gənclər Fondu ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə yaradılan yeni bir platformadır. “YouthLab” tələbələrin ictimai iştirakçılığı və sosial fəallığını təmin etməklə, asudə vaxtını səmərəli təşkil edəcək Mərkəz rolunu oynayacaq və tələbələrin layihə və təşəbbüslərinin reallaşdırılmasına imkan verəcək.
Tədbirin ikinci hissəsində Akademiyada ingilis dilində tədris olunan “İdman jurnalistikası” magistr proqramının məzunlarına diplomlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Liverpool John Moores University ilə əməkdaşlığı çərçivəsində, ingilis dilində tədris olunan “İdman jurnalistikası” magistr proqramının sertifikatlaşdırılmış modulunun tədrisi həyata keçirilib və proqramın sonunda magistrantlara Liverpool Screen School kursunu tamamladıqlarına dair sertifikatlar təqdim olunub.