AVRO-2016: "Qəbələ"nin skautları iş başında

Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turniri yalnız Avropanın tanınmış klublarının deyil, Premyer Liqa təmsilçilərimizin də maraq dairəsində olacaq.

Olimpsport.az saytının məlumatına görə, qitə birinciliyi zamanı “Qəbələ”nin skautlar qrupu da iş başında olacaq.

Bu haqda klubdan açıqlama verilib. Açıqlamada qeyd olunur ki, Böyükağa Ağayevin rəhbəri olduğu qrupun üzvləri Avropa çempionatının oyunlarını izləyəcək, gənc futbolçuları diqqətdə saxlayacaqlar. Artıq "Qəbələ"nin məşqçilər bununla bağlı AFFA-da qeydiyyatdan keçiblər.