Çempionlar Liqasının qalibi - "Çelsi"!
Bu gün Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunu keçirilib.
Həlledici matçda İngiltərənin "Mançester Siti" və "Çelsi" klubları üz-üzə gəlib. Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda oynanılan görüşdə London klubu 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 42-ci dəqiqədə Kay Havertz vurub.
Beləliklə, "Çelsi" tarixində 2-ci dəfə (ilk dəfə 2011/2012 mövsümü) ÇL-in kubokunu qazanıb. "Mançester Siti" isə bu turnirdə ilk kubokunu əldə edə bilməyib.
Qeyd edək ki, ötən mövsüm turnirin qalibi "Bavariya" olmuşdu.
29 may
23:00. "Mançester Siti" (İngiltərə) - "Çelsi" (İngiltərə) - 0:1
Qol: Kay Havertz, 42 (0:1)
Baş hakim: Antonio Mateu Laos
Portuqaliya, "Draqau" stadionu