Türkiyə Qvineyanı uda bilmədi
Avropa çempionatına hazırlaşan Türkiyə milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.
"Ay-ulduzlular" Antalya stadionunda Qvineya yığması ilə üz-üzə gəlib. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Afrika təmsilçisinin heyətində "Neftçi"dən dəvət olunmuş yarımmüdafiəçi Mamadu Kane start heyətində meydana çıxıb və sonadək oynayıb. Qarşılaşmanı azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib.
Qeyd edək ki, Türkiyə millisi ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasını məğlubiyyətə uğradıb - 2:1. Hazırlığın ikinci mərhələsi iyunun 2-dən Almaniyada başlayacaq. Son yoldaşlıq görüşü iyunun 3-də Moldovaya qarşı olacaq.