Təhsil naziri Milli Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüşüb
İyunun 3-də təhsil naziri Emin Əmrullayev Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşüb.
Görüş zamanı tərəflər arasında son illər daha da aktivləşən əməkdaşlığın davam etdirilməsi xüsusilə vurğulanıb.
Emin Əmrullayev uğurlu əməkdaşlığın nəticəsi olaraq birgə layihələrin hazırlanması və icrasında Təhsil Nazirliyinin maraqlı olduğunu bildirib və əlavə edib ki, görülən işlərə dəstək olmaq nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə öz növbəsində bildirib ki, Təhsil Nazirliyi ilə 2010-cu ildən başlayan aktiv əməkdaşlığın 2019-cu ildə nəinki ölkə, hətta Avropa səviyyəli Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ilə başa çatması ölkə əhəmiyyətli uğur oldu.
Görüşdə tərəflər qarşılıqlı əməkdaşlıqdan irəli gələn bir sıra vacib məsələləri müzakirə ediblər.